Tovuzda avtomobil aşdı - Ana və övladı...

Tovuzda avtomobil aşdı - Ana və övladı...
19:33 25 İyul 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Əyyublu kəndi ərazisində “QAZel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobildə olan kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Gülnarə və onun 9 yaşlı oğlu Yamin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR