Qənirə Paşayevaya Türkiyədə fəxri vətəndaşlıq verilib - FOTO

Qənirə Paşayevaya Türkiyədə fəxri vətəndaşlıq verilib - FOTO
19:52 25 İyul 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşı statusu verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  millət vəkilinə fəxri vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.

Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, millət vəkili Q.Paşayeva türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın fəxri vətəndaşlığına layiq görülüb.

Q.Paşayeva onu bu şərəfli ada layiq görən Aksaray və Kapadokyaya, bələdiyyə məclis sədrlərinə və üzvlərinə təşəkkürünü bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/566652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR