Qabiliyyət nədir?

Qabiliyyət nədir?
19:52 25 İyul 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Qabiliyyət şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən biri sayılır. Bu xüsusiyyət özünü müəyyən fəaliyyətin icrasında göstərir. İnsanda olan bilik, bacarıq və az adamda olan vərdişlər qabiliyyət hesab olunur.
Psixoloqların böyük əksəriyyəti hesab edir ki, qabiliyyətlərin inkşafının və formalaşmasının fərdi-təbii əsasını təbii imkanlar təşkil edir. Təbii imkanlar dedikdə qabiliyyətlərin inkişafının əsasını təşkil edən anatomik -fizioloji xüsusiyyətlər və psixoloji xassələr nəzərdə tutulur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, fizioloji xassə dedikdə uşaq və yaşlılarda özünü göstərən orqanların (beyinin, gözün, səs tellərinin, qulağın) quruluşu, psixoloji xassələr dedikdə isə ali sinir sisteminin fəaliyyəti nəzərdə tutulur.
Psixoloji müəyyən xassəsi inkişaf etmiş adam bəzi təbii imkanlarına görə digərlərindən fərqlənir. Məsələn, musiqinin qavranılması zamanı müvafiq təbii imkana malik olan uşaqlqrda həmin fəaliyyətə meyl aydın təzahür edir. Qabiliyyətin bir-neçə növü vardır:
1. Ümumi qabiliyyətlər - bir sira fəaliyyət sahələrində iştirak edən və hamının görə biləcəyi prosesləri icra etmək bacarığıdır.
2. Xüsusi qabiliyyət - müəyyən fəaliyyət növlərinin uğurla icra olunması bacarığıdır.
3. Nəzəri qabiliyyətlər - bu qabiliyyətə sahib olan adamlarda məntiqi və praktik təfəkkür daha üstün olur.
4. Təlim qabiliyyətləri - bu qabiliyyətə sahib olan adamlar pedoqoji fəaliyyətə, yeni ideyaların müvəffəqiyyət qazanmasına nail olurlar.
5. İnsanlarla birgə fəaliyyət və ünsiyyət qabiliyyəti - bu cür adamlar müxtəlif insanlarla ünsiyyət qura bilmək bacarığı, gözəl nitq qabiliyyəti ilə başqa insanlardan fərqləınirlər.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR