Fransa meri siçovul yedi - VİDEO

Fransa meri siçovul yedi - VİDEO
20:05 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Fransanın Mon-de-Marsan şəhərinin meri kütlə qarşısında siçovul yeyib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki,Şarl Dayo futbol mərcini uduzduğu üçün verdiyi sözə əməl edib.

UEFA Çempionlar Liqasının səkkizdə bir final oyununda "Pari Sen-Jermen" və "Barselona" klubları arasında keçirilən oyunda mərcləşən mer uduzub.

İlk oyunda "PSJ" 4-0 hesabı ilə qalib gəlmişdi və mer söz vermişdi ki, əgər parislilər mərhələni adlaya bilməsələr, siçovul yeyəcək və növbəti prezident seçkilərində solların namizədi Jan-Lyuk Melanşona səs verəcək.

Cavab oyununda isə "Barselona" 6-1 qalib gələrək növbəti mərhələyə adladı. Dayo sözünün ikinci hissəsinə əməl etməyib. Birinci hissəsinə isə Madlen bayramı çərçivəsində əməl edib. Şəhərdə iyulun üçüncü həftəsi kütləvi şəkildə qeyd edilən bayramda mer üçün qızardılmış siçovul masaya qoyulub. Mer yemək vaxtı "Barselona" köynəyini yanına qoyub. "PSJ" klubunun köynəyindən isə salfet kimi istifadə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR