Mərakeş Krallığının səfiri Tərcümə Mərkəzində olub

Mərakeş Krallığının səfiri Tərcümə Mərkəzində olub
20:17 25 İyul 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Mərakeş Krallığının səfiri Məhəmməd Adil Ambarx Tərcümə Mərkəzində olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla ərəb dünyası arasında hər sahədə qurulmaqda olan əlaqələrdən söz açılıb.
Məhəmməd Adil Ambarx bildirib ki, ədəbiyyat - xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ən qısa və etibarlı körpüsüdür: "Səfirlik olaraq, bu istiqamətdə Mərkəzlə əməkdaşlığa hazırıq. Mərakeşlə Azərbaycan çox oxşar ölkələrdir. Bizim ölkəmiz də, Azərbaycan kimi, bütün mədəniyyətlərə açıqdır. Düşünürəm, həm Azərbaycanda Mərakeşə, həm də Mərakeşdə Azərbaycana böyük maraq var və ərsəyə gətiriləcək nəşrlər hər iki ölkənin ədəbi mədəni həyatına gözəl töhfələr verəcək”.
Qonağa mərkəzin son nəşrlərindən olan ərəb dilində “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı“, “Azərbaycan-ərəb dili danışıq kitabçası”” və digər nəşrlər hədiyyə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/merakes-kralliginin-sefiri-tercume-merkezinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR