ABŞ-ın hərbi gəmisi İran gəmisinə atəş açdı

ABŞ-ın hərbi gəmisi İran gəmisinə atəş açdı
20:18 25 İyul 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-a məxsus hərbi gəmi Fars körfəzində İran Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq atəşi açıb.

Publika.az xəbər verir ki, radio və yüksək səsli xəbərdarlıq siqnallarına məhəl qoymayan gəmi ABŞ-ın hərbi gəmisinə 137 metr yaxınlaşıb. Buna cavab olaraq, ABŞ gəmisi ona tərəf xəbərdarlıq atəşi açıb.

İran gəmisinin xəbərdarlıq atəşinə necə reaksiya verməsi barədə hələlik məlumat verilmir.

Rəsmi Tehran insidentlə bağlı hələlik heç bir şərh verməyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR