Kılıçdaroğlundan qalmaqallı açıqlama: “Uşaqlara təcavüz etmək sərbəstdir”

Kılıçdaroğlundan qalmaqallı açıqlama: “Uşaqlara təcavüz etmək sərbəstdir”
20:33 25 İyul 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Mənsub olduğu partiyanın qrup toplantısında çıxış edən CHP lideri Kamal Kılıçdaroğlu tənqidinin sərhədlərini aşaraq qalmaqallı sözlər işlədib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlu Ərdoğanın FETÖ terror təşkilatı üzvləri barədə dediyi - “gedib özəl sektorlarda işləsinlər. Onlardan bizə nə? Terrorçuları dövlətmi bəsləyəcək? Onsuz da onları dövlət bəslədiyi üçün sonda gəlib xəyanət etdilər”- sözlərini sərt tənqid edib:

“20 iyul hadisələrindən sonra Türkiyə sürətlə partiya dövlətinə çevrilib. Bələdiyyə sədri partiyalı, məmur partiyalı, paşa partiyalı, hər kəs partiyalı. Partiyadansansa, hər şey sənin üçün sərbəstdir. Uşaqlara təcavüz etmək belə!”

Kılıçdaroğlunun bu qalmaqallı çıxışına ilk reaksiya Ədalət partiyasının üzvü Mətin Külüngdən gəlib. O, Tvitter hesabından etdiyi paylaşımda Kılıçdaroğlunun türk millətinə həqarət etdiyini yazıb. Külüng partiya liderinin ədalət və millət qarşısında hesabat verməsini tələb edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR