Azərbaycanlı rəssam mismar və ipdən portretlər yaradır - VİDEO

Azərbaycanlı rəssam mismar və ipdən portretlər yaradır - VİDEO
21:17 25 İyul 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı gənc rəssam Rəcəb İsmayılov mismardan və ipdən istifadə etməklə portret çəkib. Əslində buna çəkib demək olmaz. Niyəsi xəbərimizdə.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ilk görünüşdən boya ilə çəkilən rəsmdən heç nəyi ilə fərqlənmir. Bir az diqqətli baxdıqdan sonra isə əslində bu möhtəşəm portretin sadəcə qara ip və mismardan ərsəyə gəldiyini görmək mümkündür.
Ölkə və beynəlxalq səviyyədə müsabiqələrin qalibi olan rəssam Rəcəb İsmayılovun iki aya ərsəyə gətirdiyi bu rəsm əsəri gözləmədiyi qədər maraqla qarşılanıb. Rəssam deyir ki, portret olaraq dahi bəstəkarı seçməsi isə Üzeyir bəyin şəxsiyyətinə olan vurğunluğundan qaynaqlanir.
"String art" adlanan bu rəsm üslübu dünyada geniş yayılsa da, əziyyətli bir iş olduğu üçün Azərbaycanda çox az adam bu üsulla işləyir. Rəssamın sözlərinə görə, işin ən çətin hissəsi isə ipi mismarlara keçirtməkdir. Yaxşı işi ortaya çıxartmaq üçün isə mismara vurulan 10 çəkicdən azı 8-i barmağa dəyir..
İki ay çəkilən əziyyətə isə minlərlə mismar və 4 kilometrə yaxın ip işlənib.
Rəcəb İsmayılov hazırladığı əsəri Üzeyir Hacıbəyovun ev muzeyinə hədiyyə etmək istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/566671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR