Niyam Salami kövrəldi: "O, mənim dərdimi çəkirdi" - FOTO

Niyam Salami kövrəldi: "O, mənim dərdimi çəkirdi" - FOTO
21:17 25 İyul 2017
151 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Niyam Salami atalı günlərindən danışıb.

Milli.Az-a açıqlama verən məşhur atasının ondan nigaran dünyanı tərk etdiyini bildirib.

"Özümdən asılı deyil, son zamanlar çox kövrəlirəm. Atamın adı Salam idi, mən onun adını daşıyıram. Əvvəllər bəlkə də onun yoxluğunu hiss etmirdim, amma indi mənə çatıb ki, valideyn nə deməkdir. 8 uşaq oturardıq, bir-bir böyükdən başlayıb məsləhət verərdi. Mənə çatanda deyirdi ki, sənin dərdini çəkirəm, görəsən, səndən nə olacaq. Kaş atam sağ olaydı, əziyyətlə tikdiyim evimi, həyətimi, gəzə bilərdi. Necə də gözüm dolmasın. O axı bunları görməyib", - deyə müğənni bildirib.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/566229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR