Çavuşoğlu: “Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb”

Çavuşoğlu: “Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb”
22:09 25 İyul 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Ankara və Brüssel arasında imzalanmış miqrasiya sazişi sayəsində Türkiyədən Yunanıstanın adalarına qanunsuz keçən miqrantların sayı 99 faiz azalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Brüsseldə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini və genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransında bildirib.  

 

Nazir, Aİ nümayəndələri ilə energetika və terrorla mübarizə sahələrində əməkdaşlıq məsələlərinin  müzakirə olunduğunu bildirib: “Qətər, Suriya, Liviya və Ukraynadakı böhranları da müzakirə etdik. Bu mövzulara dair mövqelərimizdə heç bir fikir ayrılığı yoxdur”, - deyə M.Çavuşoğlu qeyd edib.  

 

M.Çavuşoğlu Türkiyədəki həbslərlə bağlı məsələyə toxunaraq,  saxlanılan jurnalist və deputatları terrorçuluğu dəstəkləməkdə ittiham edib: “Bizim parlament seçkilidir, lakin deputatlar arasında terrorçulara silah ötürənlər, jurnalistlər arasında isə terrorçuları dəstəkləyənlər var. FETÖ-nü dəstəkləyənlərə qarşı tədbir görülməzsə problemlər artacaq. Fövqəladə vəziyyət rejimi çərçivəsində vəzifəsindən azad edilən məmurların apelyasiyalarına baxılması üçün komissiya yaratmışıq, digər addımlar da atılır, Aİ ilə bundan sonra da harmonik əməkdaşlıq etmək niyyətindəyik”.    

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR