Türkiyə təyyarəsi bomba xəbərinə görə Əlcəzairdə təcili eniş edib

Türkiyə təyyarəsi bomba xəbərinə görə Əlcəzairdə təcili eniş edib
22:27 25 İyul 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ İstanbuldan Kasablankaya uçan "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə göyərtəsinə bomba qoyulması barədə xəbərə görə Əlcəzair hava limanına təcili eniş edib.
"Report" xəbər verir ki, bu barədə "Algerie Presse Service" məlumat yayıb.
Qeyd olunur ki, təyyarə yerə enən kimi sərnişinlər təxliyyə olunub.
Təyyarəni yoxlayan polis əməkdaşları göyərtədə hər hansı bir partlayıcı maddənin aşkar olunmadığını bildiriblər.
İnsident nəticəsində xəsarət alan olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-teyyaresi-bomba-xeberine-gore-elcezairde-tecili-enis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR