Depressiya xəstəliyinin əlamətləri

Depressiya xəstəliyinin əlamətləri
22:42 25 İyul 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

* İnsan əvvəllər zövq aldığı şeylərdən artıq zövq almır, həyatdan soyuyur.
* Depressiyada olan şəxs hər şeydən çox tez yorulur, uzanıb yatmağa bəhanə axtarır.
* Ətrafdakı hər işə qarşı istəksiz olur.
* Bütün problemləri gözündə böyüdür, hər şeydən qorxur.
* Cinsi həvəsi olmur, cinsi əlaqə zamanı orqazm yaşamır.
* Depressiya xəstələrində yuxu pozğunluqları olur. Milli.Az immunitet.az-a istinadən bildirir ki, yuxuya getməkdə çətinlik çəkir.
* Hər şeydən küsür və hər şeyi özünə dərd edir.
* Qorxulu yuxular görür və qorxub oyanır.
* Depressiya xəstələri hövsələsiz, dözümsüz, əsəbi olur.
* Depressiya xəstələri həddindən artıq kökələ və ya arıqlaya bilirlər.
* Belə xəstələr yaddaşsız olurlar.
* Depressiyalı xəstələr həyatda heç nədən razı qalmırlar.
* Depressiyada olan adamlar heç nəyə sevinmirlər. Onların həyata olan sevgisi ölür.
* Belə xəstələr daima əllərində olanları itirmək qorxusu ilə yaşayırlar.
* Depressiya xəstələri özlərinə qarşı diqqətli olmurlar, geyimlərinə, saçlarına diqqət yetirmirlər.
* Onlarda digər ölkəyə getmək həvəsi olur.
* Hər şeydən şübhələnir və qısqanc olurlar.
* Hər şeyin ən pisini fikirləşirlər.
* İntihara meyilli olurlar.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR