Toy sahiblərinə “toy tutan” şadlıq evləri - QİYMƏTLƏR

Toy sahiblərinə “toy tutan” şadlıq evləri - QİYMƏTLƏR
22:42 25 İyul 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Elimizin toy kimi adəti var. Amma bu adətlərin nələrin bahasına başa gəldiyini hesablayanda dərd adamı götürür.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Bakıdakı bir neçə şadlıq evinə zəng edib oradakı qiymətlərlə maraqlandıq.

"Su Sonası" şadlıq sarayı. Menyu 90 AZN-dir. Amma qiymət qonaq sayına və mövsümə görə dəyişə bilər. Ödənişsiz servislərə musiqi ansamblı, tamada, müğənnilər, video kamera(PTS/Kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çox mərtəbəli tort, şampan şəlaləsi, foyedə bar, foyedə furşet, bəy-gəlin maşını daxildir.

"Gold Baku" şadlıq sarayı. Menyu 45, 50, 60, 70 AZN-dir. Qonaq sayına və mövsümə görə də endirimlər mövcuddur. Ödənişsiz servislərə musiqi ansamblı, müğənnilər, video kamera (PTS/Kranla), dəvətnamə, rəqs qrupu, çox mərtəbəli tort, şampan şəlaləsi, foyedə bar, foyedə furşet, özəl hədiyyə paketi daxildir.

"Ülvi" şadlıq sarayı. Menyu 30 AZN-dir. Ödənişsiz servislərə musiqi ansamblı, tamada, müğənnilər, video kamera(PTS/Kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çox mərtəbəli tort, şampan şəlaləsi, foyedə bar, foyedə furşet, bəy-gəlin maşını daxildir.

"Röya" şadlıq sarayı. Menyu 35, 45, 50 AZN-dir. Ödənişsiz servislərə musiqi ansamblı, tamada, müğənnilər, video kamera(PTS/Kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çox mərtəbəli tort, şampan şəlaləsi, foyedə bar, foyedə furşet, bəy-gəlin maşını daxildir.

"Çingiz Plaza" şadlıq sarayı. Menyu 60 azn-dir. Sifarişlə musiqi ansamblı, müğənnilər, video kamera(PTS/Kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çox mərtəbəli tort, şampan şəlaləsi, foyedə bar, foyedə furşet daxildir.

"Gənclik" şadlıq sarayı. Menyu 35 azn-dir. Ödənişsiz servislərə musiqi ansamblı, aparıcı, müğənnilər, video kamera(PTS/Kranla), dəvətnamə; rəqs qrupu, şar və zər zağışı, tüstü, çox mərtəbəli tort, şampan şəlaləsi; foyedə bar, foyedə furşet daxildir.

Kirayə çadırlarda isə qiymət adam sayına və ölçüsünə görə dəyişir. 50 nəfərdən 350 nəfərə qədər yer tutumu olan kirayə çadırın 9x6 metrdən, 30x8 metrə qədər sifariş etmək mümkündür. Bunun qiyməti 150- 600 manat arasındadır. Çadırın qiymətinə qab-qacaq da daxildir. Digər əlavə xidmətlərin çadıra daxil edilməsi qiymətə təsir edir.

Gəlin paltarlarının kirayəsi 200- 500 AZN arasında dəyişir. Gəlin saç düzümü və makiyajının qiyməti salondan salona fərqlidir. Brend salonda gəlinlərə xidmət 300- 600, adi salonlarda isə 100 manat civarındadır.

Bəy kostyumlarının qiyməti 200 manatdan başlayır. Brend kostyumlar isə 400- 600 manatdan başlayaraq, daha da artır.

Evliliyin əsas simvolu olan üzüklərin qiymətinə gəlincə, gəlin üçün üzük 400 manatdan, bəy üçün isə 200 manatdan başlayır. Bəzi cütlüklər olur ki, üzüklərə toy tarixini, ad yazdırmaq da istəyirlər ki, bu da əlavə vəsait tələb edir. Gəlinə alınan hədiyyə boyunbağı, qolbağı, sırğa, üzük dəstinin qiymətləri isə 2000 manatdan başlayaraq, daha da artır ki, bu da həmin dəstin çəkisindən, istifadə olunan qiymətli daşlardan asılıdır.

Gəlin maşınlarıının qiyməti maşının markasından, qət edəcəyi məsafədən aılı olaraq dəyişir. Bakı daxilində hərəkət edəcək avtomobilin kirayəsi ən ucuzu 50 manatdan başlayır. Əgər gəlin Bakıdan rayona, yaxud da əksinə köçürsə sürücüyə 150-200 manat verməyə məcbursunuz.

Qeyd edək ki, toy israfçılığı zaman-zaman müzakirə olunsa da, vətəndaşlarımız hələ də sonuncu pulunu toya xərcləmək vərdişlərindən əl çəkmək niyyətində deyillər. Hər halda apardığımız müşahidələr bunu deməyə əsas verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/566687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR