Türkiyədən Suriyaya uzanan tunel tapıldı

Türkiyədən Suriyaya uzanan tunel tapıldı
22:52 25 İyul 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mardin şəhərinin Nusaybin mahalından Suriya sərhədinə qədər uzanan tunel aşkar olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, məlumatda tunelin Nusaybindəki qəbirstanlıqlardan birində tapıldığı bildirilib.

Qeyd edilir ki, PKK-çılar həmin ərazidə barrikadalar qazaraq hücumlardan müdafiə olunurdular. Sözügedən tunelin də kanalizasiya xəttinə bağlandığı və minalı əraziyə çıxdığı bildirilib.

Təhlükəsizlik qüvvələri tuneldən PKK-nın silah, sursat və narkotik daşınmasında istifadə etdiyi barədə məlumat yayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR