Türkiyə təyyarəsində bomba həyəcanı

Türkiyə təyyarəsində bomba həyəcanı
22:54 25 İyul 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

İstanbul-Kasablanka marşrutu üzrə uçan “Turkish Airlines” təyyarəsi göyərtəsində bomba olması xəbərdarlığı səbəbindən Əlcəzairdə eniş edib. APA-nın xəbərinə görə, bu barədə “Algeria Press Service” aeroportun nümayəndəsinə istinadən məlumat yayıb.    

 

Məlumata görə, təyyarənin ekipajı xəbəri araşdırmaq məqsədi ilə yaxınlıqdakı hava limanına  təcili eniş etmək qərarı verib.  Sərnişinlərin hamısı təxliyə edildikdən sonra təyyarə tam yoxlanılıb.

 

Yoxlama zamanı təyyarənin göyərtəsində heç bir partlayıcı qurğu aşkarlanmayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR