Mingəçevir sakini intihara cəhd edib

Mingəçevir sakini intihara cəhd edib
23:02 25 İyul 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 25 iyul. REPORT.AZ/ Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü şəhər sakini Müzəffərov Arif Akif oğlu çoxlu dərman preparatını qarışdıraraq qəbul edib.
Hadisə adıçəkilən şəxsin yaşadığı M.F.Axundov küçəsi, ev 4, mənzil 3-də baş verib. Xəstəxanaya çatdırılan A.Müzəffərova tibbi yardım göstərilib və bundan sonra onun vəziyyəti tədricən sabitləşib. Zərərçəkmiş intihara cəhd məqsədi ilə 89 növ dərman vasitəsi qəbul etdiyini bildirib.
“Sonuncu həbi içmək istəyən zaman doğmalarım gözümün önünə gəldi və onu kənara atdım”, - deyə xəstə qeyd edib.
Buna baxmayaraq A.Müzəffərov intihara cəhdin səbəbini açıqlamayıb.
Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevir-sakini-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR