Türkiyə təyyarəsində bomba həyəcanı

Türkiyə təyyarəsində bomba həyəcanı
23:05 25 İyul 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul-Kasablanka marşrutu üzrə uçan "Turkish Airlines" təyyarəsi göyərtəsində bomba olması xəbərdarlığı səbəbindən Əlcəzairdə eniş edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Algeria Press Service" aeroportun nümayəndəsinə istinadən məlumat yayıb.    
Məlumata görə, təyyarənin ekipajı xəbəri araşdırmaq məqsədi ilə yaxınlıqdakı hava limanına  təcili eniş etmək qərarı verib.  Sərnişinlərin hamısı təxliyə edildikdən sonra təyyarə tam yoxlanılıb.
 
Yoxlama zamanı təyyarənin göyərtəsində heç bir partlayıcı qurğu aşkarlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR