Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı? - FOTO

Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı?  - FOTO
23:17 25 İyul 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktoru Bernhard Lippert “Qarabağ”ın yeni açılan fan-şopunu ziyarət ediblər. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, assosiasiya rəsmiləri həmçinin alış-veriş ediblər.

 

Elxan Məmmədov yeni açılan fan-şop haqda fikirlərini bildirib. O, bildirib ki, “Qarabağ”ın fan-şopunun açılmasını görmək olduqca xoşdu: “Məhsullarla yaxından tanış oldum. Sevindirici haldı ki, burda fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda gündəlik həyatımızda da rahatlıqla istifadə edə biləcəyimiz məhsullar əldə edə bilər. Qiymətlər də çox uyğundu və mən də bir neçə bəyəndiyim geyimi rahatlıqla aldım. Dizaynlar xoşagələndi. İnanıram ki, axşam stadionda “Qarabağ” azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik”.

 

Baş katib sonda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Şerif”lə bu gün qarşılaşmada “Qarabağ”a uğurlar arzulayıb.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ba-katib-quotqarabaquotn-fan-opundan-n-ald-t59519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR