Qara turp və balın faydaları

Qara turp və balın faydaları
23:22 25 İyul 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Qara turpun tərkibində yüksək miqdarda yod vardır, bu yod öskürəyə qarşı yaxşı təsir göstərir. Xərçəngə qarşı qoruyucudur. Revmatizm və damar sərtliyinə qarşı yaxşı təsir edir. Qara turpu çeynəmək dişlərinizi gücləndirir. Qanı zəhərlərdən təmizləyir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, öskürək üçün ən təsirli təbii qarışımlardan biri zəncəfil və bal, digəri isə qara turp və baldır.
Hazırlanması çox asandır. Qara turpu yaxşıca yuyub baş hissəsini qapaq kimi kəsin. Alt hissəsindən də dərin olmamaq və deşməmək şərti ilə bir az kəsin. İçini oyun. Turpun divarlarını çox incəltməyin. Turpu stəkanın içinə oturdun. İçini keyfiyyətli balla doldurun.
 
Turpun üst hissədən kəsdiyiniz parçasını qapaq kimi bağlayın. Ən az 1 gecə saxlayın. Gözlədikcə, turp öz doğma suyu ilə birlikdə stəkana axmağa başlayacaq. Stəkanda yığılan sudan gündə 2-3 qaşıq içməyiniz kifayətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR