"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

"Başqa cür oynaya bilməzdik"  - "Şerif"in baş məşqçisi
23:27 25 İyul 2017
130 İdman
Ölkə mətbuatı
A- A+

“Oyunun ilk yaısında daha yaxşı göründük. "Qarabağ” topla oynamağı sevən komanda olduğu üçün cinahları bağlamağa çalışdıq". Fanat.Az xəbər verir ki, bu sözləri “Şerif”in baş məşqçisi Roberto Bordin deyib.


 

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olan Moldova çempionu Bakıda 0:0 hesablı heç-heçəyə nail olub. İtaliyalı çalışdırıcı ənənəvi mətbuat konfransında bərabərliyi dəyərləndirib: 


“Bizim üçün ağır matç idi. Rəqibin bacarıqlı hücumçuları var. Azarkeşlərin təzyiqi də sezilirdi. Səfərdə oynadığımız üçün əsas məqsədimiz əks-hücumlarla təhlükə yartmaq idi. İlk hissədə bunu bacardıq. Açıq oynaya bilməzdik. Diqqətli olmalıydıq. Hücumda effektli oynaya bilmədik. Əks-həmlələr zamanı nominal forvardımız demək olar, köməksiz qalırdı. Səbəbini bilirəm və bunu aradan qaldırmalıyıq. Bundan yaxşısını bacararıq". 



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbaqa-cur-oynaya-bilmzdikquot-t59520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR