“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 29 yaşlı baş hakim III təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Styaua” və Çexiyanın “Viktoriya” komandaları arasında keçirilən görüşün baş hakimi olub.
Gərgin və maraqlı oyun şəraitində keçən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qonaq komanda hesabda iki dəfə irəli çıxsa da, meydan sahibləri bərabərlik qollarını vurmağı bacarıblar. Ə.Ağayev oyun ərzində 8 dəfə əlini cibinə salmalı olub. O, 3 dəfə rumıniyalıları, 5 dəfə isə çexiyalıları sarı vərəqə ilə cəzalandırıb.
Matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.