"Bunlar söz-söhbətləri boğmaq məqsədi daşıyır"

"Bunlar söz-söhbətləri boğmaq məqsədi daşıyır"
07:37 26 İyul 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Ayaks"ın gənc hücumçusu Kasper Dolberq gələcəyi barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, danimarkalı forvard hələlik Amsterdam klubunda qalmaq istədiyini qeyd edib.

"Klubun idman direktoru Mark Overmarsın hansısa futbolçunun satılmadığı barədə bəyanatı qəribədir. Müasir futbolda bütün futbolçular satıla bilər. Güman edirəm ki, bunlar söz-söhbətləri boğmaq məqsədi daşıyır. Mənə görə belə açıqlamalar komplimentdir. "Ayaks"da özümü rahat hiss edirəm. Klubumu dəyişməyə hazırlaşmıram".

Qeyd edək ki, Hollandiyanın "De Telegraf" nəşri Dolberqin "Real"a uyğun futbolçu olduğu barədə açıqlamasına yer vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR