Kürdəmirdə ikimərtəbəli evdə yanğın

Kürdəmirdə ikimərtəbəli evdə yanğın
07:48 26 İyul 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonu, Xirdapay kəndində yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kürdəmir rayonu, Xirdapay kəndində vətəndaşa məxsus (bir-birinə bitişik tikilmiş tikililər) ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 120 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılan 20 ton ot bağlaması, ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və yaxınlıqda dayanan "QAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Tövlənin qalan hissəsi, yaxınlıqda olan tikililər və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR