Salyanda avtomobil 16 yaşlı velosipedçini vurub

Salyanda avtomobil 16 yaşlı velosipedçini vurub
08:22 26 İyul 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 26 iyul. REPORT.AZ/ Salyanda velosiped sürən oğlanı avtomobil vurub.
“Report” Aran bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan, 16 yaşlı Əmrah Oqtay oğlu Məmmədovu idarə etdiyi velosipedlə hərəkətdə olarkən “Jiquli” markalı avtomobil vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktala bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-avtomobil-16-yasli-velosipedcini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR