"Çelsi" gənc futbolçunu bağışlamadı

"Çelsi" gənc futbolçunu bağışlamadı
08:32 26 İyul 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin braziliyalı futbolçusu Kenedi komandadan uzaqlaşdırılıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçinin sosial şəbəkədə paylaşımı ona baha başa gəlib. Çində təlim-məşq toplanışında olarkən "zadəganlar"ın 21 yaşlı oyunçusu instaqram hesabında iş başında yuxuya gedən çinli polisin fotosunu paylaşaraq lazımsız sözlər yazıb. Yerli əhalinin kəskin narazılığından sonra daha bir paylaşım edən braziliyalı zarafat etdiyini bildirib və üzr istəyib.

"Çelsi" rəhbərliyi isə futbolçunun hərəkətinə görə, Çin xalqından üzr istəyib və onu Londona qaytarıb. Baş məşqçi Antonio Kontenin "qara siyahı"sına düşən Kenedi komandadan qovulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR