Tovuzda BƏDBƏXT HADİSƏ: Ana və iki övladı qatarın altında qaldı

Tovuzda BƏDBƏXT HADİSƏ: Ana və iki övladı qatarın altında qaldı
08:33 26 İyul 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Qazaxdan Bakıya gələn qatar 3 nəfərin həyatına son qoyub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb və hər üçü dünyasını dəyişib.

Qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.
(Modern.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR