Bakıda kafedə tanışları ilə yeyib-içən şəxs bıçaqlanıb

Bakıda kafedə tanışları ilə yeyib-içən şəxs bıçaqlanıb
08:37 26 İyul 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində bıçaqlanma olub.
"Report" xəbər verir ki, hadisə Mirmahmud Kazımovski küçəsində qeydə alınıb.
1972-ci il təvəllüdlü Hüseynov Hakim tanışları ilə kafedə yeyib-içdikdən sonra dava edib. Bu zaman ona 3 bıçaq xəsarəti yetirilib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kafede-tanislari-ile-yeyib-icen-sexs-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR