Avtomobil 16 yaşlı velosipedçini vurub

Avtomobil 16 yaşlı velosipedçini vurub
08:47 26 İyul 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda velosiped sürən oğlanı avtomobil vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan, 16 yaşlı Əmrah Oqtay oğlu Məmmədovu idarə etdiyi velosipedlə hərəkətdə olarkən "Jiquli" markalı avtomobil vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/566718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR