Bakıda kafedə tanışları ilə yeyib-içən şəxs bıçaqlanıb

Bakıda kafedə tanışları ilə yeyib-içən şəxs bıçaqlanıb
08:52 26 İyul 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində bıçaqlanma olub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Mirmahmud Kazımovski küçəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Hüseynov Hakim tanışları ilə kafedə yeyib-içdikdən sonra dava edib. Bu zaman ona 3 bıçaq xəsarəti yetirilib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/566719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR