"Eurovision-2018"in tarixi və keçiriləcəyi şəhər bəlli oldu

"Eurovision-2018"in tarixi və keçiriləcəyi şəhər bəlli oldu
09:17 26 İyul 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

"Eurovision-2018" beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi və keçiriləcəyi şəhər bəlli olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Portuqaliya Milli Televiziyası və Avropa Yayım İttifaqı Lissabonu müsabiqənin ev sahibi seçib.  

Müsabiqənin  "Twitter"dəki rəsmi səhifəsində tədbirə həsr olunmuş videoçarx da dərc edilib.
 
Bundan başqa, müsabiqəsinin yarımfinal və final  mərhələlərinin tarixi də müəyyən edilib. Belə ki, yarımfinallar müvafiq olaraq 8 və 10 may, final isə mayın 12-də keçiriləcək.
 
Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR