Azərbaycan alimləri Astanada alternativ enerjiyə dair konfrans keçirəcəklər

Azərbaycan alimləri Astanada alternativ enerjiyə dair konfrans keçirəcəklər
11:27 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün Qazaxıstanın paytaxtı Astanada azərbaycanlı alimlər "Enerji, həyat və elm" adlı konfrans keçirəcəklər. "Report"un "24.kz" saytına istinadən verdiyi məlumata görə, tədbir Astanada keçirilən beynəlxalq "EXPO-2017" sərgisi çərçivəsində təşkil ediləcək.
Tədqiqatçılar bu iri beynəlxalq tədbiri keçirməklə, öz layihələrinə mümkün qədər daha çox sərmayə cəlb etmək niyyətindədirlər. Alimlər əsasən alternativ enerjinin yeni növləri və onların əldə edilmə yollarını təqdim edəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evinin direktoru Nuridə Quliyeva bildirib ki, elmi konfrans zamanı azərbaycanlı alimlərin qaz hidratları sahəsində nailiyyətləri təqdim olunacaq: "Digər təqdimatımız biomühərrik yanacağının əldə ediıməsi üçün bioresurslardan istifadəyə həsr olunacaq. Bundan başqa, günəş enerjisinin əldə edilməsinin də yeni yollarını təqdim edəcəyik. EXPO-nun keçirilməsi Qazaxıstan üçün böyük nailiyyətdir".
AMEA-nın akademik-katibi Nazim Məmmədov isə əlavə edib ki, əl altında olan istənilən əşya üçün münasib texnologiya seçməklə, onu enerjiyə çevirmək mümkündür: "Əslində, bizi əhatə edən hər şey enerjidir. Bu texnologiyanın nə dərəcədə gəlirli olması, nə qədər sadə və bəşəriyyət üçün əlçatan olması məsələnin digər tərəfidir. Milan və Astanadakı EXPO-lar gələcəyə baxmağa və ən mühüm məqsədə nail olmaq - bütün bəşəriyyətin enerji ilə təmin olunması üçün daha doğru yollar tapmağa kömək edir".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-alimleri-astanada-alternativ-enerjiye-dair-konfrans-kecirecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR