“Adobe Flash” platformasının dəstəklənməsi nə vaxt dayandırılacaq?

“Adobe Flash” platformasının dəstəklənməsi nə vaxt dayandırılacaq?
11:35 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Son bir neçə il ərzində “Adobe Flash” multimedia platformasının dəstəklənməsinin dayandırılacağı barədə çoxlu söhbətlər aparılıb. Brauzer tərtibatçıları tədricən texnologiyadan imtina edərək mükəmməl və resursdan az asılı “HTML5” texnologiyasına keçməyə başlayıblar. “Google” şirkəti ötən ilin sonundan “Flash”dən “HTML5” texnologiyasına keçib. “Microsoft”, “Mozilla” və “Apple” şirkətləri də ondan imtina edib. Nəhayət, “Flash” tərtibatçısı “Adobe” şirkəti tezliklə plaginin fəaliyyətinin dayandırılacağını rəsmən açıqlayıb.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Adobe” şirkəti “Flash” texnologiyasının dəstəklənməsini 2020-ci ildə tam dayandırmaq niyyətindədir. O vaxtadək şirkət “Apple”, “Mozilla”, “Microsoft” və “Google” brauzerlərində yeniləmələr təklif etmək və yeni “Safari”, “Edge”, “Firefox” və “Chrome” versiyalarını dəstəkləmək üçün onlarla əməkdaşlığı davam etdirəcək. Lakin plagin üçün yeni funksiyaların buraxılışı gözlənilmir.
 
Məlumata görə, “Microsoft” korporasiyası “Flash”i 2019-cu ilin ortalarında və sonunda “Edge” və “Internet Explorer” brauzerlərində avtomatik plagin kimi söndürməyi planlaşdırmasını elan edib. Həmçinin, ABŞ korporasiyası 2020-ci ilədək bütün dəstəklənən “Windows” versiyalarında “Flash”in tam ləğvini nəzərdə tutur.  
 
“Google” şirkəti növbəti bir neçə il ərzində “Flash”dən imtinanı davam etdirəcək. “Mozilla” növbəti ay “Firefox” istifadəçilərinə hansı saytların “Flash” plaginindən istifadə edəcəyini dəqiqləşdirmək üçün seçim imkanı verərək onlara “Flash”dən 2020-ci ilədək yararlanmaq üçün genişləndirilmiş “Firefox” dəstəklənməsini təklif edəcək. Bundan başqa, “Apple” şirkəti 2020-ci ilədək “Safari” brauzerində plaginin dəstəklənməsini planlaşdırır.
 
Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49233-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR