“Nikoil Bank” yeni kredit məhsullarını təqdim edib

“Nikoil Bank” yeni kredit məhsullarını təqdim edib
11:37 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün “Nikoil Bank” ASC-nin 4 əsas kredit məhsulundan istənilən birini illik 20%-dən başlayan faiz dərəcəsi ilə rəsmiləşdirmək olar.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumata görə, bunlar daşınmaz əmlakın girovluğu ilə 7-50 min manat civarında təqdim olunan kredit (müddəti 2-60 ay, komisyon haqqı 2%), dollar depoziti əsasında manatla təqdim olunan kredit xətti (əmanətin 70%-i qədər, müddəti 1-12 ay, komisyon haqqı yoxdur), 300 – 30 000 manatlıq kredit kartı (müddəti 12-36 ay, komiyon haqqı yoxdur) və 500 30 min manatlıq nağd pul kreditidir (müddəti 6-36 ay, komisyon haqqı 1%).
Xatırladaq ki, “Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az internet səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nikoil-bank-yeni-kredit-mehsullarini-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR