Nazirlik müəllim adı qazanmaq istəyənlərin sayını açıqladı

Nazirlik müəllim adı qazanmaq istəyənlərin sayını açıqladı
11:52 26 İyul 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin ikinci günüdür. İmtahanda artıq 6 minə yaxın şəxs iştirak edib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
 
O bildirib ki, imtahanlar avqustun 5-dək davam edəcək: "Bu il nazirliyə rekord sayda müraciət daxil olub. Müəllim adını qazanmaq istəyənlərin sayı 50 minə yaxındır. Onlardan 47 mini elektron ərizəsini təsdiq edib və imtahanlara dəvət olunub. İlk günlər ibtidai sinif müəllimliyi üzrə sənəd verənlər imtahanlara dəvət olunur".
 
E. Bağırov qeyd edib ki, bu il müsabiqəyə minlərlə vakansiya təqdim olunub: "Vakant yerlərin böyük hissəsi ibtidai sinif müəllimliyi üzrədir. Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, ingilis dili fənləri üzrə isə vakansiyalarda rəqabət daha çox olacaq", - nazirlik rəsmisi vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR