"Real Madrid" son 5 ildə öz futbolçularının satışından 143 milyon avro qazanıb

"Real Madrid" son 5 ildə öz futbolçularının satışından 143 milyon avro qazanıb
11:52 26 İyul 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu son 5 ildə öz futbolçularının satışından 143 milyon avro qazanıb.
"Report"un AS nəşrinə istinadən məlumatına görə, bu məbləğ 12 transfer əməliyyatından əldə olunub.
Ən bahalı anlaşma İspaniya millisinin hücumçusu Alvaro Moratanın İngiltərənin "Çelsi" klubuna 80 milyon avroya satışı ilə bağlı olub.
"Kral klubu" hər il öz yetirmələrinə 20 milyon avro xərcləyir. Bu məbləğdən 5 milyonu "Real Madrid"in ehtiyat komandası sayılan "Kastiliya" üçün nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-madrid-son-5-ilde-oz-futbolcularinin-satisindan-143-milyon-avro-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR