"Real" əsrin transferini etdi: 222 milyon avro

"Real" əsrin transferini etdi:   222 milyon avro
12:17 26 İyul 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Real" Kilian Mbappenin transferini bitirib. Fanat.Az xəbər verir ki, bu iddia ilə "Marca" qəzeti çıxış edib.


Madrid klubuna yaxınlığı ilə tanınan qəzetin məlumatına görə, "Real" bu transferə görə "Monako"ya 150 milyon avro ödəyəcək. Amma transferin ümumi dəyəri 180 milyon avro olacaq. Qalan 30 milyon avro performansa görə bonus olaraq veriləcək.


Transfer rəsmiləşəcəyi halda Mbappe dünyanın ən bahalısı olacaq. Hazırda dünyanın ən bahalı transferi Paul Poqbadı.


"Marca" iddia edir ki, Mbappe "Real"la 6 illik müqavtilə imzalayacaq və ildə 7 milyon avro maaş alacaq. Bununla da onun tansferi "Real"a 222 milyon avroya başa gələcək. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-srin-transferini-etdi-t59526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR