Valideyinləri yeni doğulan körpənin damağına narkotik maddə sürtdü - FOTO

Valideyinləri yeni  doğulan körpənin damağına narkotik maddə sürtdü - FOTO
12:17 26 İyul 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikada narkotik asılısı olan cütlük yeni doğulan qız uşaqlarının saxlanıldığı xəstəxana otağına girərək damağına heroin sürtdükləri üçün həbs olunub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, cütlüyün digər uşaqlarının qanında da narkotik maddə aşkar edilib.

26 yaşlı ana Çristenson və 29 yaşlı əri Kolby Vilde qız körpələrinə doğulduqdan bir neçə saat sonra heroin verdiklərini etiraf ediblər.

Polis ailənin evində etdiyi axtarışda uşaq otağı daxil olmaqla, evin bir çox yerində narkotik tərkibli preparatlar tapıb.

Həbs edilən ər-arvad azyaşlı uşaqlarının həyatını təhlükəyə atdıqları və narkotik asılısı olduqları səbəbi ilə hakim qarşısına çıxarılacaqlar.

Məhəmməd Vaqif

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR