"Beynəlxalq Bank işi" ilə bağlı 55 şəxs barəsində materiallar DİN-ə göndərildi

"Beynəlxalq Bank işi" ilə bağlı 55 şəxs barəsində materiallar DİN-ə göndərildi
12:19 26 İyul 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

2017-ci ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin məktubuna əsasən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə "Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı 50 hüquqi və 5 fiziki şəxs üzrə aparılmış nəzarət tədbirləri yekunlaşdırılıb.
 
Maliyyə Nazirliyinin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilib.
 
İki hüquqi şəxs üzrə nəzarət tədbirləri hal-hazırda davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR