DİQQƏT: Pensiya və maaş kartını itirənlər

Pensiya və ödəniş kartı itirilə və ya yarasız hala düşərsə, nə etməliyik?

Bu barədə  Metbuat.az-a açıqlama verən hüquqşunas Xəyal Bəşirov bildirib ki, ödəniş kartı yararsız vəziyyətə düşər, yaxud itirilərsə, bu halda dərhal kartın dondurulması üçün banka məlumat verilməlidir:

“Bank bu zaman kartla hər hansı bir əməliyyatın aparılmasını dayandırır. Ondan sonra həmin şəxs ərizə ilə kartı aldığı banka yaxınlaşmalıdır. O, işləyirsə, iş yerindən vəsiqəni, və ya təqaüdçüsə, təqaüdlə bağlı sənədlərini banka təqdim etməlidir. Bu halda bank həmin kartın yenisini şəxsə təqdim edir.  Vətəndaşlar bilməlidir ki, kartlar itən zaman banka dərhal müraciət etməlidir. Çünki onlar oğurlana, kodu satıla bilər”. 

Banklar bu hallarda zaminləri bezdirir... - Nə etməli? – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova /METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR