Çayı albalı keksi ilə için

Çayı albalı keksi ilə içməyə nə deyirsiniz?

Metbuat.az albalı keksinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

3 ədəd yumurta

1 stəkan şəkər tozu

1 stəkan süd

Yarım stəkan duru yağ

1 paket qabartma tozu,

1 paket vanil

Un

Üzəri üçün:

Albalı

Şəkər pudrası

Hazırlanmasına gəldikdə əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalın. Üzərinə süd və yağ əlavə edib çalmağa davam edin. Ardınca quru ərzaqları da töküb, qaşıqla qarışdırın. Hazırladığınız xəmiri soba qabına töküb üzərinə albalı düzün və əvvəlcədən 150-160 dərəcəqızdırılmış sobada bişirin.

Nuş olsun!

Çıtır toyuq budu yeməyə nə deyirsiniz? - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)