Maliyyə Nazirliyi ABB işi üzrə 55 şəxsin yoxlama materiallarını DİN-ə göndərib

Maliyyə Nazirliyi ABB işi üzrə 55 şəxsin yoxlama materiallarını DİN-ə göndərib
13:32 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən 2017-ci ilin I yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 5 rayon və şəhərə ayrılmış vəsaitlərin xərclənməsi yoxlanılıb. 
“Report” Nazirliyə istinadən xəbər verir ki, yoxlamalar həmin rayon yaxud şəhərlərdə icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 4 təhsil, 4 tibb, 1 meliorasiya və su təsərrüfatı müəssisəsinə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini əhatə edib.
Hesabat dövründə, habelə Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) məktubuna əsasən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı 50 hüquqi və 5 fiziki şəxs üzrə aparılmış nəzarət tədbirləri yekunlaşdırılıb. Bu zaman aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə DİN-ə göndərilib, 2 hüquqi şəxs üzrə nəzarət tədbirləri hazırda davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-nazirliyi-abb-isi-uzre-55-sexsin-yoxlama-materiallarini-di-n-e-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR