Bərdədə 4 otaqlı ev yanıb

Bərdə rayonunda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, rayonun Lənbəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 2 kv.m. sahədə dolab, içərisində olan paltarlar, ümumi sahəsi 198 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 162 kv.m sahədə və tövləyə yığılmış 21 ton ot bağlamasının 5 tonu yanıb.

Evin, tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Salyanda 4 otaqlı ev yandı - FHN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR