İsveçrədə insanlara motorlu mişarla hücum edən şəxs tutulub

İsveçrədə insanlara motorlu mişarla hücum edən şəxs tutulub
13:52 26 İyul 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ İsveçrədə benzinlə işləyən mişarla insanlara hücum edərək iki nəfəri yaralamaqda şübhəli bilinən 50 yaşlı Frans Vrusis tutulub.
“Report” BBC-yə istinadən xəbər verir ki, polis əməkdaşları onu hadisə olan ərazidən 60 km aralıda, Sürixin cənubundan yerləşən Talvil şəhərində həbs edib.
Həbslə bağlı ətraflı məlumat yayılmayıb.
Məlumata görə, Vrusis meşədə yaşayır və “CSS” adlı sığorta şirkətinin ofisində iki nəfərə hücum etməkdə şübhəli bilinir. Onlardan birinin aldığı xəsarət ağır olduğundan xəstəxanada cərrahiyyə əməliyyatı olunub. O, həmin şirkətin müştərisi olub.
Qeyd edək ki, hadisə İsveçrənin iki gün əvvəl Şaffhauzen şəhərində baş verib.
O, 1969-cu ildə anadan olub. Frans Vrusis 2014 və 2016-cı illərdə iki dəfə, o cümlədən qanunsuz silah gəzdirdiyi üçün mühakimə olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-svecrede-insanlara-motorlu-misarla-hucum-eden-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR