ABŞ Rusiyaya tətbiq edəcəyi sanksiyaları qanuniləşdirdi

ABŞ Rusiyaya tətbiq edəcəyi sanksiyaları qanuniləşdirdi
13:58 26 İyul 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edilməsi qərarını qəbul edib.

Publika.az xəbər verir ki, qərarla bağlı səsvermə keçirilib.

Qanun layihəsinin 419 nəfər lehinə, 3 nəfər isə əleyhinə səs verib.

Layihəyə əsasən, Tramp administrasiyası Rusiya, Şimali Koreya və İrana qarşı hər hansı sanksiya tətbiq edərkən Konqresin razılığını almalıdır.

ABŞ-ın əvvəlki prezidenti Barak Obamanın səlahiyyəti dövründə Krım məsələsi ilə bağlı Rusiyaya tətbiq edilən sanksiyalar bu layihə sayəsində qanun çərçivəsinə daxil olub. İran və Şimali Koreya isə nüvə və ballistik raket sınaqları proqramları həyata keçirmək səbəbilə layihəyə daxil edilib.

Qanun təsdiq edildikdən sonra Donald Trampa təqdim ediləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR