Qəbələnin rəqibində məşqçi ayrılığı

Qəbələnin rəqibində məşqçi ayrılığı
14:05 26 İyul 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos"da ayrılıq baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Afina təmsilçisi seleksiyaçı-məşqçi Xuan Ramon Roşa ilə vidalaşıb.

Bunun səbəbi açıqlanmasa da, "Panatinaikos" əfsanəvi futbolçu ilə əməkdaşlığa son qoyub və ona gələcək karyerasında uğurlar arzulayıb. 1980-1989-cu illərdə bu klubun formasını geyinmiş argentinalı mütəxəssis 1994-1996, 1999-2000 və 2012-2013-cü illərdə komandanın baş məşqçisi olub.
 
Daha sonra akademiyada fəaliyyət göstərən 63 yaşlı keçmiş yarımmüdafiəçinin əsas vəzifəsi seleksiya işi olub. O, xüsusən də, Cənubi Amerika zonasında əsas komandaya oyunçu axtarışı ilə məşğul olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR