"Qarabağ" 4 türk futbolçu transfer etdi

"Qarabağ" 4 türk futbolçu transfer etdi
14:17 26 İyul 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Yeni mövsümdən etibarən Avstriyanın Regional Liqasında çıxış edəcək "Qarabağ" klubu heyətini gücləndirməyə davam edir. Fanat.Az xəbər verir ki, Vyana təmsilçisi bu yay heyətinə 4 türk futbolçu qatıb.


Belə ki, "Qarabağ" Turqay Gemicibaşı (Gutersloh, Avstriya), Fatih Ekinci (Elektra, Avstriya), Coşkun Kayhan (Stripfinq, Avstriya) və Osman Bozkurtla (Stadlau, Avstriya) müqavilə bağlayıb. Bu futbolçular türk əsilli Avstriya vətəndaşlarıdı.


Qeyd edək ki, "Qarabağ" bir neçə gün əvvəl U-21 millimizdə oynamış Elvin Bədəlov (Neftçi) və Dmitri Nağıyevi (Dnepr, Ukrayna) heyətinə qatıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-4-turk-futbolcu-transfer-etdi-t59531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR