Əfqanıstanda böyük terror aktının qarşısı alındı

Əfqanıstanda böyük terror aktının qarşısı alındı
14:17 26 İyul 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan Xüsusi Xidməti böyük ölkədə böyük terror aktının qarşısını alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkə Milli Təhlükəsizlik İdarəsi içərisində 2,5 ton partlayıcı maddə olan yük maşınını aşkar edib.

Əfqanıstan kəşfiyyatı "Taliban" radikal hərəkat döyüşçülərinin yük maşınındakı partlayıcı maddə ilə paytaxt Kabildə terror aktları törətməyi planlaşdırdıqlarını bildirib.

Xüsusi Xidmət nümayəndəsi həmçinin hücumu təşkil edən şəxsin adını da açıqlayıb, lakin onun saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR