Milli Depozit Mərkəzinin dövriyyəsi 89% artıb

Milli Depozit Mərkəzinin dövriyyəsi 89% artıb
14:27 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Milli Depozit Mərkəzində (MDM) bu ilin yanvar-iyun aylarında 1 709 əqd dövlət qeydiyyatına alınıb.
“Report” MDM-ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 285 ədəd və yaxud 20% çoxdur.
İlk 6 ayda qeydə alınmış əqdlərin 68,8%-i və yaxud 1 176-sı birjada, 11,5%-i və yaxud 196-sı birjadankənar, 19,7%-i və 337-i isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. Əvvəlki ilə nisbətən birja əqdlərinin sayı 10,3% dəfə və yaxud 110 ədəd, birjadankənar əqdlərin sayı 18,8% və yaxud 31 ədəd, əlavə emissiya əqdlərinin sayı isə 74,6% dəfə və yaxud 144 ədəd artıb.
Hesabat dövründə MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 3 117 251 745 manat olub. Bu, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 88,9% və yaxud 1 466 785 624 manat çoxdur.
Təhlil olunan dövr ərzində ümumi dövriyyənin 13,73%-i və yaxud 427 947 636 manatı birjada, 14,83%-i və yaxud 462 315 904 manatı birjadankənar, 71,44%-i və yaxud 2 226 988 205 manatı isə əlavə emissiya üzrə formalaşıb. Əvvəlki ilə nisbətən birja dövriyyəsi 3,56 dəfə və yaxud 307 607 691 manat, birjadankənar dövriyyə 3,61 dəfə və yaxud 334 182 385 manat, əlavə emissiya dövriyyəsi isə 58,84% və yaxud 824 995 548 manat artıb.
Bu ilin ilk 6 ayında MDM 16 emitentlə müqavilə bağlayıb. Bu, ötən ilin analoji dövrü lə müqayisədə 53% və yaxud 18 vahid azdır.
Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/milli-depozit-merkezinin-dovriyyesi-89-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR