Spaletti: ""İnter" ilk "dördlük" üçün mübarizə aparacaq"

Spaletti: ""İnter" ilk "dördlük" üçün mübarizə aparacaq"
14:37 26 İyul 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in baş məşqçisi Luçano Spaletti yeni mövsümdə komandasının hədəflərindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis əsas məqsədin turnir cədvəlinin ilk "dördlüy"ündə qərarlaşmaq olduğunu bildirib.

"Bizim məqsədimiz yeni mövsümdə A Seriyasının ən güclü 4 komandası sırasında olmaqdır. Digər komandalar heyətini mhkəmləndirib. Amma "İnter"in hədəfləri böyük klublara layiq olmalıdır. Ötən mövsümdən daha uğurlu çıxış etmək lazımdır. Ola bilsin, 1-2 yeni transfer baş tutsun. Lakin hər şeyin yerində olması üçün xeyli çalışmaq tələb olunur. Bir sıra komandalar "Juventus"la fərqi aradan qaldırmağın tamamilə mümkün olduğunu göstərmişdi. Kimin yaxşı hazırlaşdığını zaman göstərəcək. "İnter" ilk "dördlüy"ə can atır. Orda olmaq üçün əlimizdən gələni edəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR