Gürcüstanda bina uçdu: Ölən var

Gürcüstanda bina uçdu: Ölən var
14:47 26 İyul 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisidə Suxumi küçəsində qəzalı evin divarın uçması nəticəsində bir fəhlə həlak olub, üç nəfər yaralanıb. 

Milli.Az xəbər verir ki, bu barədə report "Sputnik-Qruziya"ya istinadən xəbər verir.

Fəhlə binanın sökülməsi zamanı divarın uçması nəticəsində dağıntılar altında qalıb. O, dağıntılar altından çıxarılan zamanı huşsuz vəziyyətdə olub. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Dağıntılar altında qalan ikinci fəhlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər yüngül xəsarət alanlar da xəstəxanaya çatdırılıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR